Naxçıvanda 104 yaşlı qadın səs verib
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının ən yaşlı seçicisi, Kəngərli rayon sakini prezident seçkilərində səs verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində qeydiyyatda olan 104 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı seçkidə iştirak etmək arzusunu bildirib.
Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. 1920-ci il təvəllüdlü Ş.Hüseynəliyevanın müraciətini nəzərə alaraq, onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. 104 yaşlı seçici evində səs verib.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...