“Naxçıvan TV” yerüstü yayıma keçir
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib:
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;
- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşübl...