Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib
20
dek
2023
19:19
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib.
"Report" yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Aqil Qəribov nazirin yeni müavini təyin olunub.
Qeyd edək ki, A.Qəribov bu vəzifəyə qədər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri kimi çalışıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...