NATO və İsveçdən Türkiyə açıqlaması

NATO və İsveçdən Türkiyə açıqlaması
Siyasət 111

NATO-nun baş katibi Yens Stoltenberq İsveçə səfəri çərçivəsində Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini, eləcə də Türkiyənin təqdim etdiyi təhlükəsizlik şərtlərini dəyərləndirib. O, atılacaq addımlarla bağlı Türkiyədən olan həmkarları ilə sıx təmasda olduğunu bildirib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, İsveçin Türkiyənin narahatlığını aradan qaldırmağa hazır olması barədə bəyanatını müsbət qarşıladığını ifadə edən Stoltenberq eyni dəyərləri bölüşdüklərini xatırladıb.

İsveçin baş naziri Maqdalena Andersson isə Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciəti ilə bağlı narahatlığını ciddi qəbul etdiklərini, problemin həlli üçün davamlı dialoqda olduqlarını qeyd edib.

Son xəbərlər