NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq

Əldə olunan razılaşmalar Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq.
"Report" xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina"X" sosial şəbəkəsində Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən yazıb.
"Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm", - o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb
Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması b...