M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib”
Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.
O, sentyabrın 18-də hər iki istiqamətdən eyni vaxtda ərzaq və dərman partiyaları çatdırıldığını bildirib.
“Biz maneəsiz və müntəzəm humanitar təchizatın davamını gözləyirik”, - deyə Zaxarova əlavə edib.
Rusiya XİN nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair liderlər arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə ümid etdiyini bildirib.
“Biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”, - deyə Zaxarova yazıb.//oxu.az
Oxşar xəbərlər
Rusiya XİN: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, lakin sülhün alternativi yoxdur”
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, bunu hamımız çox yaxşı görür və başa düşürük, lakin sülhün alternativi yoxdur. Bununl...