MVM: “Şahdəniz”dən payın alınması şaxələndirmə istiqamətində böyük addımdır
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın MVM şirkəti “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində 5 %-lik payın alınmasını qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm addım hesab edir.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu "MVM Group"un baş direktoru Karoli Matray Bakı Enerji Forumunun II günündə bildirib.
“Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq edirik. Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”də 5 %-lik payın alınması ilə bağlı sənəd imzaladıq. Biz bununla qürur duyuruq, çünki Azərbaycanla xüsusi münasibətimiz var”, - deyə o qeyd edib.
K.Matrayın sözlərinə görə, bu “MVM Group” strategiyasında ən iri razılaşma olub: “Bu, bizim qaz tədarükümüzü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq üçün mühüm elementdir”.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...