Muxtar Babayev: "Söyüdlü kəndində hər şey norma daxilindədir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə havada təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub:
"Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi".
Oxşar xəbərlər
Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində süni gölə baxış keçirib - FOTO
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub. BAKU.WS apa-ya istinadən xəbər...