Müxalifət lideri PKK-çılardan belə qorundu: 1 ölü, 2 yaralı - VİDEO

Müxalifət lideri PKK-çılardan belə qorundu: 1 ölü, 2 yaralı - VİDEO
Video
Siyasət 1580
 

Türkiyənin Artvin vilayətinin Şavşat şəhərindən Ardanuç qəsəbəsinə gedən yolda, Yanıklı kəndi yaxınlığında PKK terrorçularının hücumuna məruz qalan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun mühafizə olunmasının görüntüləri yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları maşın karvanını müşayiət edən və karvanın önündə gedən hərbçilərin olduğu avtomobil atəşə tutulub. Nəticədə avtomobilin sürücüsü olan hərbçi başından aldığı güllə yarasından şəhid olub. Maşındakı 2 hərbçi isə yüngül yaralanıb. Kılıcdaroğlu isə xüsusi mühfizə ilə yoluna davam edib. Türkiyənin daxili işlər naziri CHP sədrinin səfərini davam etməsi üçün helikopter göndərildiyini bildirib.

BAKU.WS

Son xəbərlər