Murat Soydan 83 yaşında vəfat etdi - FOTO

Murat Soydan 83 yaşında vəfat etdi - FOTO
Foto
Siyasət 249

Türk filmlərinin xarizmatik aktyorlarından olan Murat Soydan vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qızı Mehveş Soydan məlumat yayıb.

Murat Soydan 83 yaşında vəfat etdi - FOTO

O sosial şəbəkə hesabında 83 yaşlı atasını itirdiyini bildirib.

"Canım atamı itirdik. Başımız sağ olsun!" - deyə o qeyd edib.

Murat Soydan 83 yaşında vəfat etdi - FOTO

Xatırladaq ki, "Yeşilçam" ulduzu Murat Soydan 1940-cı il oktyabrın 2-də İstanbulun Üsküdar bölgəsində doğulub.

İbtidai və orta məktəbi Lüleburgazda, liseyi isə Edirnedə bitirib.

Murat Soydan 83 yaşında vəfat etdi - FOTO

Daha sonra İstanbulda İqtisadi Elmlər Akademiyasında oxuyarkən həm də İstanbul Bələdiyyə Konservatoriyasının Türk Musiqisi ixtisası üzrə təhsil alıb.

1966-cı ildən "Kolsuz Kahraman" filmi ilə karyerasına başlayıb. O 200-dən çox ekran işində rol alıb.

Murat Soydan 2016-cı ildə həyatı və filmləri haqqında yazdığı bir kitabını da nəşr etdirib.

Murat Soydan 83 yaşında vəfat etdi - FOTO

Son xəbərlər