Müharibənin dəhşətli üzü, partlayışdan sağ çıxan tankçı Heydər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bundan sonra hansı qız məni bəyənər?" başlıqlı foto minlərlə insanın ürəyini paramparça etmişdi. İnsanlar onun fotolarını paylaşır, hər kəs 20 yaşlı bu qəhrəmandan söz açırdı.
Tankçı Heydər Hüseynov ilk müsahibəsini Baku Tv-yə verib.
O müsahibə zamanı müharibədə göstərdiyi qəhrəmanlıqlarından, düşməni necə məhv etməsindən və Azərbaycan ordusunun parlaq qələbəsindən danışıb.
Ucarın Qəzyan kəndindəndə olan, 20 yaşlı Heydər Hüseynov 44 günlük Vətən müharibəsində tankçı kimi xidmət göstərib. İgid tankçı düşmənin bir-çox hərbi mövqelərini, texnika və canlı qüvvəsini dəqiq atəşlərlə məhv edib.
Noyabrın 8-si döyüş tapşırığını yerinə yetirən zaman tankın içərisində düşmənin tank əleyhinə raket hücumuna məruz qalıb. Tankın içərisində olan Heydərin üzü yanıb, dizindən və əlindən ağır yaralanıb.
Cəbhədə könüllü xidmət aparan estetik, plastik və rekonstruktiv cərrah Vüqar Ələkbərov tərəfindən əməliyyat olunub, yanan üzü isə tamamilə sağalıb.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...