“Müharibə nə vaxt bitər?” sualına Zelenskidən CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Müharibə biz qalib gələndə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpaqlarımızı tərk etməlidirlər".
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləriUkrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (AST) Sammitində iştirak etmək üçün Moldovaya səfəri zamanı deyib.
Daha əvvəl təklif etdiyi sülh formuluna toxunan Zelenski bu məqsədlə sammitin çağırılması üzərində çalışdıqlarını bildirib:
"Biz mümkün qədər çox ölkənin iştirakını istəyirik. Ona görə də hələ bir tarix təyin etməmişik".
Xatırladaq ki, Zelenskinin daha əvvəl gündəmə gətirdiyi 10 bəndlik sülh planına Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir.
Oxşar xəbərlər
Malyar: "Ukrayna ordusu Baxmutu mühasirəyə alıb" - YENİLƏNİB
"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır". "Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini A...