Müğənnini bu hala salan sevgilisi indi də ona GÜLLƏ GÖNDƏRDİ - FOTO

Müğənni Aybike Çelik onu döyən musiqiçi sevgilisi Can Tunaboyluya qarşı daha bir dəhşətli iddia ilə gündəmə gəlib. Sevgilisini onu şiddət göstərdiyinə görə məhkəməyə verən Çelik, bu dəfə də Canın ona qutunun içində güllə göndərdiyini deyib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Aybikenin vəkili Yusuf Sidar Şahin bildirib.
Onun sözlərinə görə, keçmiş sevgilisi Canla aralarında məhkəmə prosesi davam etdiyi bir vaxtda Aybike paltarlarını sevgilisinin evindən aldırıb. Bu zaman geyimlərinin arasındakı qutudan güllə çıxıb.
Hazırda müğənninin vəkili güllənin üzərindəki əl izlərinin araşdırılması və bu əl izlərinin Can Tunaboyluya aid olub-olmamasının aşkarlanması tələb edir.
Qeyd edək ki, "Yüzyüzeyken konuşuruz"un bas gitaraçısı Can Tunaboylu məşhur aktrisa Ayşe Tunaboylunun oğludur. İddialara görə o oğlunun keçmiş sevgilisi Aybikeyə əşyalarını evdən aparmağa icazə verməyib.
Aktrisa müğənnini polis çağırmaqla təhdid edib. Aybike də əşyalarını yaxın dostundan xahiş edərək sevgilisi ilə yaşadığı evdən aldırıb.
Məlumat üçün bildirək ki, bir müddət əvəl Aybike instaqram hesabında Canın ona şiddət göstərdiyini əks etdirən fotolar paylaşıb. O, bədənindəki izləri, göyərmiş gözünün və sınıq qolunun şəkilini paylaşaraq bunları qeyd edib:
“13 gün qırıq qolla, gözü gömgöy olmuş halda evdə həbs edildim. Bayıra yalnız onun konserti olan gün çıxa bildim. Həmin gün qrupdakılara və menecerlərinə gözümü göstərdim. O, səhnədə olanda üzümdəki makiyajı silib onlara hər şeyi göstərməyə çalışdım. Şiddət gördüyüm üçün xəstəxanaya aparılmadım. Evdə psixoloji şiddətlər davam etdi”.


Oxşar xəbərlər
Sevgilisinin evinə sürpriz etmək üçün getdi - Başqa qadınla tutdu - VİDEO
ABŞ-da "Sevgililər günü" gənclərdən biri xəyanətlə üzləşib. BAKU.WS xəbər verir ki, Meri Fetz adlı qadın sevgilisinə sürpriz etmək üçün onun evinə getməyinə peş...
