Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
Hazırda cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.
Oxşar xəbərlər
Düşmən Cəbrayıl və Qubadlı istiqamətlərində geri çəkilməyə məcbur edilib
Oktyabrın 20-si gün ərzində və 21-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam ed...