Müdafiə Nazirliyi cəbhədən məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədən məlumat yaydı
Siyasət 704

  

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex, Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi cəbhədən ən son məlumatı yaydı

Müdafiə Nazirliyi cəbhədən ən son məlumatı yaydı

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən mə...

802 Siyasət 10:18 27 iyun 2016

Son xəbərlər