Müdafiə Nazirliyi: 5 erməni hərbçi məhv edilib
Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşmən tərəfi cəbhədə rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, daha artıq təlafat verib. Belə ki, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölüb: "Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.
İman
BAKU.WS
Oxşar xəbərlər
Hərbi ekspert: "Cəbhədə hər an ağır toqquşma ola bilər"
Düşmən tərəfi cəbhədə təxribatlar törədir, ağır artileriyadan müdafiənin ön xəttindəki mövqelərimizi atəşə tutur. Dünən gecə düşmən qüvvələri tərəfindən mövqelə...