MSK daha 1 məntəqənin nəticələrini ləğv etdi - YENİLƏNİB

MSK daha 1 məntəqənin nəticələrini ləğv etdi - YENİLƏNİB
Siyasət 932

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini istəyib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi ( 8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Cəmi 1 məntəqə üzrə nəticənin ləğv edilməsi dairə üzrə ümumi nəticəyə təsir etməyib.

***16:22

Mərkəzi Seçki Komissiyasının (MSK) 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı növbəti iclası başlayıb.

BAKU.WS xəbər verir ki, iclasda 99 saylı Şəmkir Kənd, 27 saylı Sabunçu İkinci, 121 saylı Laçın Seçki dairələrindən daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra həmin müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi qərarlaşdırılıb.

Son xəbərlər