Mövlud Çavuşoğlu Şuşa-Xankəndi yolundakı vəziyyətdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusların Laçın dəhlizində sülhməramlı missiyası var, amma digər tərəfdən Azərbaycanın öz torpaqlarında olan sərvətlərin qanunsuz olaraq çıxarılması və satılması beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərini oğurlamaq deməkdir".
BAKU.WS “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əraziyə müşahidəçi kimi gedən insanların qarşısının alınması burada yol verilən qanun pozuntularının nə qədər ağır olduğunu göstərir:
“Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər. Çünki onlar, həm də Laçın dəhlizinin düzgün işləməsinə cavabdehdirlər. Onlar öz üzərlərinə düşəni etməlidirlər. Burada Azərbaycan haqq, qanun və ədalət baxımından haqlıdır. Ona görə də biz bu haqlı işdə Azərbaycanı dəstəkləyirik".
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...