Moskvanın mərkəzində anbar yanır - VİDEO
20
noy
2022
18:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğının söndürülməsinə üç helikopter və bir yanğınsöndürən qatarı cəlb olunub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Şabranda yanğın baş verdiyi əraziyə gedib, xüsusi müşavirə keçirib - FOTO - VİDEO - YENİLƏNİB
Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olu...