Moskvada çiyələyin qiyməti kəskin ucuzlaşıb - Əsas tədarükçülərdən biri də Azərbaycandır

Moskvada çiyələyin qiyməti kəskin ucuzlaşıb - Əsas tədarükçülərdən biri də Azərbaycandır
Siyasət 73

Moskvada çiyələk iyulun ilk həftəsində 8% ucuzlaşaraq kq-ı 901,1 rubl (17,4 AZN) təşkil edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusprodsoyuz” assosiasiyasının idarə heyətinin sədr müavini Dmitri Leonova açıqlama verib.

İyulun 1-dən iyulun 7-dək olan dövrdə giləmeyvə topdansatış qiymətləri 8,3% azalaraq 1 kq üçün 237,5 rubl təşkil edib. Son bir ayda pərakəndə satışda çiyələk 20,3%, topdansatışda isə 17% bahalaşıb.

Rusiya çiyələk bazarının beşdə biri idxal olunur. Bu giləmeyvənin Rusiya Federasiyasına əsas tədarükçüsü Türkiyədir. Son illər Azərbaycan, Serbiya, Moldova, Çin və Misirdən də çiyələk tədarükü artıb.

Son xəbərlər