Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz döyüşləri ərəfəsində Moskvada həmyerlimizə qarşı edilən qanunsuzluğa görə Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən azad olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
"Tovuz döyüşləri zamanı Moskvada həmyerlimizə qarşı erməni əsilli məmur Roman Şaqinyan tərəfindən edilən qanunsuzluq, alçaldıcı vəhşilik yadınızdadırmı? O, kadrların erməni KİV-də həvəslə tirajlanması isə xalqımıza qarşı illərlə davam edən erməni şovinizminin davamı idi".
Məsələyə biganə qala bilməzdik və söz verdiyim kimi dərhal Rusiyada fəaliyyət göstərən əsl vətənpərvərlər, həmyerlilərimiz olan vəkil dostlarımız Suriyə Rzayeva və Nəriman Ağasıyevə müraciət etdim.
Əsl peşəkarlar olan, öz həyatlarını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı və ilk nəticə ilə sizləri sevindirmək istəyirəm: Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandı, işdən azad olundu.
Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib.
Çox xoşbəxtəm ki, hörmətli dostlarımızla birgə düşmənlərimizə qarşı hüquq müharibəsində kiçik də olsa qələbə əldə etmişik!
Əsas isə odur ki, kimliyindən asılı olmayaraq, dünyanın istənilən yerində hər bir sadə azərbaycanlının hüquqlarını pozan hər kəs buna görə mütləq qanun qarşısında cavab verməli olacağına şübhə etməməlidir.
Azərbaycan dövləti və onun rəhbərliyi, ölkə vəkilliyi buna heç zaman imkan verməyəcək!” – deyə Anar Bağırov qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...