Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Yanvarın 28-də Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
Onun sözlərinə görə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini 15 milyon tona çatdırmağı hədəfləyirlər.
"Ümid edirəm ki, yanvarın 28-də Moskvada keçiriləcək görüşdə hər üç ölkə Şimal-Cənub dəhlizi çərçivəsində tranzit fəaliyyətinin inkişafı ilə bağlı müvafiq razılaşmalar əldə edəcək", - F.Sadiq bildirib.
O, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 faiz artaraq 580 milyon dollar təşkil etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...