Moskvada Allahşükür Paşazadə və Patriarx Kirill arasında görüş keçirilir - FOTO

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.
Koronavirus pandemiyasına görə QMİ sədri və Rusiya Patriarxının görüşü mətbuatın iştirakı olmadan keçirilir.
Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
