Moskvada məşhur şəxs GÜLLƏLƏNDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada Aleksey Sviridov küçəsində 1989-cu il təvəllüdlü məşhur skeytbordçu Konstantin Balişanski güllələnib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Moskva şəhəri DİN Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qurum qətli sifarişli adlandırıb. Hadisə yerində kriminalistlər işləyirlər. Həmçinin, videomüşahidə kameralarının qeydləri öyrənilir, şahidlər dindirilir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları cinayətkarın üç dəfə atəş açdığını dəqiqləşdirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, mərhum hadisə yerinin yaxınlığında yerləşən həyətdə yaşayırmış.
Qeyd edək ki, məşhur şəxsi güllələyən qatil zərərsizləşdirilib. Qatil Aminevskoye şossesi ərazisində ağacların arasında gizlənərkən yaxalanıb və aşkarlandıqdan sonra polis əməkdaşlarına atəş açıb, lakin zərərsizləşdirilib.
Hadisə anının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Putinin Dövlət Şurasının katibi təyin etdiyi Dyumin kimdir? - DOSYE
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin köməkçisi Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin olunması barədə fərman imzalayıb. Bu barədə Kremlin mə...