Moskva Bakıya "Rus Evi" ilə bağlı təkliflər təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Bakıdakı "Rus Evi" ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Mövcud vəziyyətin həlli ilə bağlı (Bakıdakı Rus Evi ətrafında – Qeyd) təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik", - deyə o, fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan...