Molla rejiminin belə riyakar siyasəti İrana nə verir? - Vüqar Bayramov danışdı
"Azərbaycanın mehriban qonşuluq siyasəti müqabilində İranın nankor və riyakar davranışı təəssüf doğurmaqla yanaşı, bir sıra mühüm sualları gündəmə gətirir. Molla rejiminin belə riyakar siyasəti İrana nə verir?"
BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqar Bayramovun sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
V.Bayramov bildirib ki, qonşularla ziddiyyət formatını seçən İranın böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq, ölkə hələ də aşağı-ortagəlirli ölkələr sırasındadır:
"Dünya Bankının hesabatına əsasən, İranda əhalinin 40 faizi yoxsulluq həddinin altında yaşayır. Enerji ölkəsi olmasına rəğmən, fiskal kəsir ÜDM-in 4 faizindən çoxdur.
Dünyada 33 trilyon kubmetr qaz ehtiyatı həcmi ilə ikinci, 280 milyard barel neft rezervləri ilə isə üçüncü yerdə qərarlaşan İranda adambaşına düşən ÜDM cəmi 4 250 dollardır. Yoxsulluq və eləcə də bərabərsizlik səviyyəsinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, İranda sadə vətəndaşların qazanclarının nə qədər az olduğunu təsəvvür etmək çətin olmaz. Dünyada enerji ehtiyatlarına görə ilk üçlükdə olan İran adambaşına düşən milli gəlir səviyyəsinə görə 131-cidir. Bu müqayisə də İranda sosial-iqtisadi vəziyyətin necə acınacaqlı olduğunu göstərir".
"İranda son illər baş verən etirazların əsas tələbi molla rejiminin riyakar siyasətindən inkişaf trayektoriyasına keçidlə bağlı idi. Bunun üçün isə Tehranın davranışında fundamental dəyişikliklərə ehtiyac var", - deyə deputat qeyd edib.
Qeyd edək ki, dünən səhər saatlarında İran Naxçıvan Muxtar Respublikasında Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla bir sıra mülki obyektlərə PUA hücumu həyata keçirib. Bu hadisə molla rejiminin nankorluğu, riyakarlığının göstəricisidir. Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb, Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur.
Oxşar xəbərlər
Əli Əsədovla Cevdet Yılmaz bölgədəki vəziyyəti müzakirə etdi
Martın 6-da Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. BAKU.WS xəbər verir ki, telefon danış...