Moldova mətbuatında Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa işlərinə dair məqalə yayımlanıb - FOTO

Moldova mətbuatında Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa işlərinə dair məqalə yayımlanıb - FOTO
Foto
Siyasət 79

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” sərlövhəli məqaləsi bu ölkənin nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentlikləri tərəfindən yayımlanıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə səfir Q.Osmanov 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ və ona bitişik 7 rayonu bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığını, bunun müxtəlif qətnamələr şəklində yalnız kağız üzərində qaldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini, 3 rayonun isə Rusiyanın vasitəçiliyi ilə atəşsiz və şəhid verilmədən qaytarıldığını bildirib. Səfir qeyd edib ki, erməni təcavüzkarlığı nəticəsində dağıdılmış yerlər artıq fəal şəkildə bərpa edilməyə başlanılıb. Azərbaycan Qarabağda yeni həyat qurmaq məqsədilə layihələr həyata keçirir, bu xüsusda Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı fərman imzalanıb.

Səfir müsahibəsində Prezident İlham Əliyevin sözlərini xatırladaraq işğal dövründə Ermənistan tərəfindən ölkəmizin əsas hissəsindən təcrid edilmiş Naxçıvanla əlaqənin yaradılmasını təmin edəcək yeni yolun tikintisinin qonşu ölkələr - Türkiyə, Rusiya, İran və hətta istəsə, Ermənistan arasında əməkdaşlıq platformasına çevrilə biləcəyini dilə gətirib.

Eyni zamanda, səfir Q.Osmanov bölgədəki erməni təcavüzünə məruz qalmış bütün infrastrukturun bərpa ediləcəyini qeyd edib, dövlət başçımızın çıxışını xatırladaraq Azərbaycanın işğaldan azad edilən torpaqlarında genişmiqyaslı quruculuq işlərinin aparılacağını, bununla bağlı layihəyə yerli şirkətlərlə yanaşı, dost ölkələrdən xarici şirkətlərin cəlb edildiyini bildirib, sonda erməni vandalizminin hər şeyə görə cavab verməli olacağını, haqq-ədalətin qələbə çaldığını vurğulayıb.

Son xəbərlər