Moldova ərazisinə raket qalıqları düşdü - FOTO
14
yan
2023
22:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 14-də Moldova Sərhəd Polisinin patrulu Briceni rayonunda (Larqa kəndi yaxınlığında) raket parçaları aşkar edib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, Moldova Respublikası ərazisinə artıq üçüncü dəfədir ki raket qalıqları düşür. Səlahiyyətli qurumlar tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Raketin parçaları tapılan kimi dərhal 112 Xidmətinə, eləcə də Bombtex briqadalarına və Briçeni rayon prokurorluğuna da məlumat verilib.
Hazırda raket qalıqlarının əraziyə haradan və necə düşməsi araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovaya düşüb
Dekabrın 5-də Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb. Bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumat...