MN: Itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.
BAKU.WS xəbər verir ki, itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Siyahıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2 881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində 64 nəfər itkin düşüb - SİYAHI
Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin siyahısını açıqlayıb. BAKU.WS xəbər verir ki, nazirlik itkin düşmüş hesab olunan 64 nəfərin foto şə...