Mixay Popşoi: "Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və İranın dron hücumunu pisləyir"
"Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və İranın dron hücumunu pisləyir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Moldova baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
Nazir iki ölkə arasında əməkdaşlıq perspektivlərindən danışıb:
"İnanmıram ki, səfərin iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək. Dövlət başçıları səviyyəsində yüksək münasibət var. Biz müntəzəm olaraq diplomatik görüşlər keçiririk. Razılaşdıq ki, iki ölkə arasında siyasi məsləhətləşmələr daimi keçirilməlidir. Təbii qazın Azərbaycandan daha artıq alınması bizim üçün prioritetdir. SOCAR-la yaşıl enerjinin çatdırılması istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycan iş adamlarını Moldovaya investisiya qoymasını təklif edirik. Bundan başqa, sizi Moldovaya səfərə dəvət edirəm".
Oxşar xəbərlər
ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib
ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. BAKU.WS "Report"a istinadən xəbə...