Misirin sabiq prezidenti məhkəmə salonunda vəfat edib

Misirin sabiq prezidenti məhkəmə salonunda vəfat edib
Siyasət 1152
Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə vəfat edib.BAKU.WS-in məlumatına görə, eks prezident məhkəmə iclası zamanı dünyasını dəyişib. Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidneti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.O, casusluqda ittiham olunurdu.

Oxşar xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.M.Ə.Rəsulzadə 1884-cü i...

1383 Siyasət 09:00 06 mart 2019

Son xəbərlər