Misirdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb

Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində imzalanıb.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
"Bu, dünya üçün böyük bir gündür, bu, Yaxın Şərq üçün böyük bir gündür", - Tramp deyib.
ABŞ Prezidenti Qəzza sazişini ən böyük və ən mürəkkəb saziş adlandırıb: "Onlar həmişə Yaxın Şərqdə III Dünya Müharibəsinin başlayacağından danışırlar, lakin bu, baş verməyəcək. Biz bunun heç bir yerdə başlamasını istəmirik və bu, baş verməyəcək".
Xatırladaq ki, Qəzza sektorunda atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də HƏMAS 20 israilli girovun hamısını Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Fələstin hərəkatı hələ ölmüş 28 girovun meyitini də təhvil verməlidir. İsrail isə 1,9 mindən çox fələstinli məhbusu azad etdiyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Basarkeçər rayonu Hüseynquluağalı – Nə...
