İmişlidə benzin daşıyan avtomaşın partlayıb - FOTO

07
iyn
2019
23:11
İmişlidə benzin daşıyan avtomaşın partlayıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayon Qaravəlli kəndində baş verib. Qaravəlli kənd sakini Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi "Man" markalı benzin daşıyan avtomaşınla evinə gəlib. O, maşını həyətindən kənarda saxlayaraq evinə gedib. Bir qədər sonra avtomaşında yanğın başlayıb, daha sonra isə partlayış baş verib. Partlayış zamanı xəsarət alan olmayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Yevlax xəstəxanasında yanğın
Bu gün axşam saatlarında Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə xəstəxananın qəbul şöbəsində qeydə...
