Bakıda maye qaz daşıyan yük maşını aşdı – VİDEO

21
yan
2019
09:14
Ötən gecə paytaxtın Mikayıl Əliyev prospektində yük maşını aşıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb. Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub. BAKU.WSOxşar xəbərlər
“Kamaz” aşdı – VİDEO
Sulutəpədə yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, “Kamaz” markalı yük maşını aşıb. Qəzaya uğrayan 90 ZV 892 nömrə nişanlı yük maşının sürücüsü barədə isə...
