Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 25-27 avqust tarixlərində xarici dövlətlərdə akkreditə olunmuş bu ölkənin səfirləri ilə Sünik vilayətində illik toplantı keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
O, səfirlərə avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda razılığın əldə olunduğu Zəngəzur dəhlizi ("Tramp marşrutu") layihəsinin təfərrüatları barədə məlumat verəcək.
Qeyd olunur ki, xarici ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri də həmin günlərdə Sünikdə olacaqlar. Onlar üçün "tanışlıq" səfərinin təşkili planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi Bakı İqlim Fəaliyyəti Həftəsi başa çatıb
Azərbaycanda ikinci dəfə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başa çatıb. BAKU.WS xəbər verir ki, 3000-ə qədər iştirakçının olduğu tədbirlərdə 25...
