Mirzoyan almaniyalı həmkarını Azərbaycanla sülh sazişi üzərində iş barədə məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə onu İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə məlumatlandırıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan - Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...