Mirhəsən Seyidov şəhid ailələri və yaralanmış hərbiçilərlə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrinə dəstək olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə Neftçala rayonunda olan ailələri ziyarət ediblər.
Mirhəsən Seyidov şəhid yaxınları ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz, müzəffər ordumuz Qarabağda tarixi qələbə qazandılar.
Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Rayon rəhbəri şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd edib, yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...