Miqrant ailə uşaqlarının şagird yoldaşına tüpürdüyü üçün Rusiyadan deportasiya olunacaq

Miqrant ailə uşaqlarının şagird yoldaşına tüpürdüyü üçün Rusiyadan deportasiya olunacaq
Siyasət 124

Rusiya polisi oradakı miqrant ailələrdən birinin yaşayış icazəsini ləğv edib.

BAKU.WS xəbər verir ki, buna səbən ailədəki 14 yaşlı yeniyetmənin məktəbliyə hücum edərək ona tüpürməsi olub.

Barnauldakı polis, yeniyetmənin məktəbliyə hücumu ilə əlaqədar olaraq Rusiyadakı miqrant ailəsinin yaşayış icazəsi ləğv edib.

Qeyd olunur ki, vətəndaşlar 15 gün ərzində Rusiya Federasiyasını tərk etməlidirlər, əmr yerinə yetirilmədiyi təqdirdə isə onlar deportasiya edilirlər.

Ailəyə qarşı axtarış-yoxlanış tədbirləri iyulun 17-də internetdə bir uşağın görünüşünə görə ona tüpürdüyü və bir neçə dəfə vurduğu videonun yayılmasından sonra başlanıb.

Təcavüzkar polis bölməsinə aparılıb və hadisə barədə öz versiyasını danışıb.

Son xəbərlər