Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı Rusiyaya deportasiya olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusun paytaxtı Minskdə etiraz aksiyalarında iştirak etmiş daha bir azərbaycanlı saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, saxlanılan şəxs əslən Azərbaycanın Beyləqan rayonundan olan, Rusiya vətəndaşı Aslanov Polad Rüstəm oğludur.
Aksiya iştirakçısı Rusiyaya deportasiya edilib.
Məhkəmənin deport ilə bağlı çıxardığı qərara səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozmaq və milisə müqavimət göstərilib.
Qeyd edək ki, daha əvvəl aksiyada iştirak edən bir azərbaycanlının Ukraynaya deportasiya olunması, daha bir nəfərin isə itkin düşməsi barədə xəbər yayılıb.
Xatırladaq ki, avqustun 9-dan Belarusda prezident seçkisinin nəticələrinə etiraz olaraq “Ədalət uğrunda!” şüarı altında etiraz aksiyaları davam edir. Sonuncu dəfə genişmiqyaslı aksiyalar sentyabrın 20-də Belarusun paytaxtı Minskdə və əsas şəhərlərində keçirilib. Bu aksiyalarda 130-dan çox etirazçı saxlanılıb. Rəsmi məlumata görə, Minskdə keçirilən etiraz yürüşündə 20 min nəfər iştirak edib. Aksiyaçılar isə saylarının bu rəqəmdən bir neçə dəfə çox olduğunu bildiriblər.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...