Minsk qrupunun ləğvinə Rusiyadan reaksiya: Aktau faciəsindən nələr yazıldı?

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Türkiyənin "Anadolu" informasiya agentliyinin verdiyi xəbərə görə, Azərbaycanın Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır.
Mənbə qeyd edir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib. Bildirilib ki, Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Qazaxıstanın "Tengrinews.kz" media orqanının dərc etdiyi xəbərdə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dövlət başçısı İlham Əliyevin fikirləri yer alıb. Materialda Prezident İlham Əliyevin açıqlamasına istinadla qeyd olunub ki, Azərbaycan mülki təyyarəsinin Rusiya qüvvələri tərəfindən vurulması və Rusiya rəsmilərinin hadisəyə reaksiyası Azərbaycanda böyük məyusluq və narazılıq yaradır.
Prezident İlham Əliyevin sözləri sitat gətirilib:
"Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Daxili Qоşunların kоmandanı: "Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır"
"Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır. Təklif edərdim ki, qanun layihəsinin 6.1.3-cü maddəsində...
