Milli Məclis payız sessiyasında 84 qanun, 41 qərar qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis payız sessiyasında 16 iclas keçirib, 84 qanun, 41 qərar qəbul edib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında sessiyanın yekunları ilə bağlı çıxış edərkən deyib.
Payız sessiyası və il ərzində görülən işlər haqqında məlumat verən spiker diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.
Spiker Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərinin tam yerinə yetirildiyini qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...