Milli Məclisin xüsusi iclası keçiriləcək
29
avq
2018
20:50
Senyabrın 20-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.Bu barədə MM-in Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.O qeyd edib ki, xüsusi iclas Azərbaycan Parlamentinin 100 illiyi iilə bağlıdır.Akif Təvəkküloğlu onu da deyib ki, bu münasibətlə bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək: “Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.Qeyd edək ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.Həmin sərəncamdan da irəli gələrək, ilboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir.Odur ki, bu il həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi tamam olduğu üçün MM-in xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub.BAKU.WS
Oxşar xəbərlər
AXC-nin 100 illiyi münasibəti ilə binalar bayraqlarla bəzədilib - VİDEO/FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə paytaxt Bakıda və Azərbaycanın bəzi rayonlarında bir sıra binalar bayraqlarla bəzədilib.B...