Milli Məclisdə Nərmin Şahmarzadənin fikirlərinə münasibət bildirildi
18
dek
2018
12:50
Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlərə Milli Məclisdə münasibət bildirilib.“Report” xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib.Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür: “İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsinə qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”.Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli çıxış edərək Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.BAKU.WS
Oxşar xəbərlər
Mübarizi təhqir edən Nərmin üzr istədi — VİDEO
Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərlə tənqid hədəfinə çevrilən psixoloq Nərmin Şahmarzadə qəhrəmanın ailəsindən üzr istəyib.BAKU.WS xə...