Qüdrət Şükürovun 10 milyon manatlıq hamamı Milli Məclisdə müzakirə olundu
07
noy
2018
13:15
“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?”“Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzartə etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.BAKU.WS
Oxşar xəbərlər
Milyonluq mülkləri olan Qüdrət Şükürov qadın hamamını satışa çıxardı
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa ç...