Milli Məclisdə Heydər Əliyevlə bağlı çıxış etməyən deputatlar qınandı

Milli Məclisdə Heydər Əliyevlə bağlı çıxış etməyən deputatlar qınandı
Siyasət 992
"Zamanında Heydər Əliyevi özlərinə qarşı güc kimi görənlər bu gün onun Azərbaycanı irəli aparan güc olduğunu dərk etməkdədirlər. Heydər Əliyevin böyüklüyü bunda idi”.“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında deyib.O həmçinin təəssüfləndiyini də vurğulayıb: “Təəssüf edirəm ki, bu gün onlardan kimsə öz fikrini söyləmək istəmədi. Nədən çəkindiniz? Sosial şəbəkələrdən? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında özünü təkzib etmiş olduğun halda belə ürəkdən gələn sözləri söyləmək lazımdır. Bu, bizim vətəndaş birliyimizə çox böyük töhvə verən iş olardı”.BAKU.WS

Son xəbərlər