Milli Məclisdə deputatlara və məmurlara yaltaqlıq qadağası təklifi
"Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.
Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.
Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: "Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.
Murad Səmədov
BAKU.WS
Oxşar xəbərlər
Metroda siqaret çəkilməsi ilə bağlı cərimə artırılır - 500 AZN
Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar "Tütün məmulatlarının istif...