Mikayıl Cabbarov konfransı TƏCİLİ TƏRK ETDİ - FOTO
29
yan
2019
15:01
Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, konfransda nazirlər, komitə sədrləri, yüksək vəzifəli məmurlar və sahibkarlar iştirak edib.Konfransın növbəti mərhələsində nazirlər sahibkarların suallarını cavablandırıb. Həmin vaxt maraqlı hadisə yaşanıb. Belə ki, tədbirdə iştirak edən Vergilər naziri Mikayıl Cabbarovun telefonuna mesaj gəldikdən sonra o, konfransı tez tərk edib. 10 dəqiqə konfransda oturan nazirin tədbirdə telefonla yazışması da diqqətlərdən yayınmayıb. Mikayıl Cabbarov gedəndən sonra isə onu müavini Sahib Ələkbərov əvəz edib.BAKU.WS
Oxşar xəbərlər
Mikayıl Cabbarov Fazil Məmmədovun yaxın kadrını işdən çıxardı (FOTO)
Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib. BAKU...