Mikayıl Cabbarov Fazil Məmmədovun yaxın kadrını işdən çıxardı (FOTO)

Mikayıl Cabbarov Fazil Məmmədovun yaxın kadrını işdən çıxardı (FOTO)
Sosial 2685
Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib. BAKU.WS-in unikal.org-a istinadla verdiyi məlumata görə, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir. Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub. Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.BAKU.WS

Son xəbərlər