Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq. Sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi apardıq".
SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (@MoIATUAE) Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC (@AdnocGroup) şirkəti ilə #SOCAR… pic.twitter.com/tSXIvWdzhf
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 13, 2025
Oxşar xəbərlər
Paşinyan: "İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır"
"Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır, sənədin mətni artıq razılaşdırılıb". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...
