Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib
Yeniliklərdən dərhal xəbərdar olun
Iqtisadiyyat naziri Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib.
BAKU.WS xəbər verir ki, nazir müsahibəsində Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı sənədin imzalanmasının tərəfdaşlığın inkişafında əhəmiyyətini qeyd edib.
M.Cabbarov həmçinin Özbəkistan–Azərbaycan Regionlararası Forumunun uğurla başa çatdığını bildirib, əlavə edib ki, Forum çərçivəsində bir sıra sənədlərin imzalanması iki ölkə arasında mühüm layihələrin icrasına başlanılması, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "AzerGold" QSC-nin Özbəkistandakı fəaliyyəti ilə bağlı layihələrin önəmini, bu ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi qardaş dəstəyini, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşasını xüsusi vurğulayıb.
"Qarşıda bizi çox böyük işlər gözləyir. Dövlət başçılarının verdiyi tapşırıqların həyata keçirilməsi üçün bundan sonra da birlikdə fəal şəkildə iş aparılacaq", - deyə M.Cabbarov fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...